Turan Hospital 24/7 fəaliyyət göstərir. Təcili yardım xidmətimiz həftənin hər günü işləyir. Planlı müayinələr üçün əvvəlcədən qəbula yazılmağınız tövsiyə olunur.
Qəbula yazmaq üçün 012 948 nömrəsinə zəng edə, və ya vebsaytımızdakı "Qəbula yazıl" formasını dolduraraq onlayn müraciət edə bilərsiniz.
Analiz nəticələrinizi ana səhifədəki "Müayinə Nəticələri" bölməsindən müştəri kodunuzla yoxlaya və ya hospitaldan şəxsən götürə bilərsiniz.
Biz nağd və bank kartı ilə ödəniş qəbul edirik. Həmçinin bəzi sığorta şirkətləri ilə müqavilələrimiz var.
Check-up paketləri müxtəlif analiz və müayinələri özündə birləşdirən əlverişli qiymətli sağlamlıq yoxlanış proqramlarıdır. Ətraflı məlumat üçün "Xəbərlər" bölməsinə baxa bilərsiniz.
İlk müayinəyə şəxsiyyət vəsiqənizi, əgər varsa əvvəlki tibbi sənədlərinizi və sığorta sənədlərinizi gətirməlisiniz.
Çox analiz nəticələri eyni gün, bəziləri isə 1-3 iş günü ərzində hazır olur. Dəqiq müddət analızın növündən asılıdır.
Təcili yardım xidmətlərimiz ödənişlidir. Dəqiq qiymətləndirmə müayinədən sonra aparılır.